Şirkət işçilərinə mükafat vermək üçün qeyri adi üsuldan istifadə edib

28.01.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Çindəki şirkətlərdən biri işçilərinə mükafat vermək üçün qeyri-adi üsuldan istifadə edib. Təxminən 10 milyon yuan mükafatı paylamaq üçün 50 metr uzunluğunda masa qurulub. Masa ətrafına düzülən əməkdaşlar pulları saymağa başlayıb və ən çox pul sayan işçi həm də ən çox mükafat qazanıb.
Reyting.az
“South China Morning Post” qəzetinə istinadla bildirir ki, bu maraqlı hadisə Çinin Henan əyalətində baş verib.
Qeyd olunur ki, şirkətin işçiləri məhdud zaman ərzində hesablaya bildikləri məbləğə görə bonus qazanıblar. İşçilərin saydığı pul məbləği 20 müxtəlif mərhələdə yenidən qiymətləndirilib.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью