Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xırdalan şəhər “Jasmine Park” yaşayış kompleksinin sakinləri əmlak hüquqlarının təmin edilmədiyini deyirlər.
Demokrat.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaşların sözlərinə görə, illər öncə ödənişini edib aldıqları mənzilin çıxarışı hələ də verilməyib.Sakinlər bu kompleksin tikintisinin 2020-ci ildə başladığını və həmin vaxt da buradan mənzil aldıqlarını əlavə ediblər: “Jasmine Park”dan mənzili alarkən inşaat işləri katlavan mərhələsində idi.
Baxmayaraq ki, ortada nə bina, nə də mənzil var idi, biz Şərurlu İsfəndiyara inanıb sərmayə qoyduq və mənzil aldıq.
O zaman satış meneceri bizi əmin etdi ki, binalar hazır olan kimi bütün kommunal xidmətlər və daşınmaz əmlakın dövlət reyesterindən çıxarış təmin ediləcək.
2022-ci ildə binalar tam hazır idi. Elə biz də həmin il yeni mənzilimizə köçdük.
Baxmayaq ki, ev üçün 5 il əvvəl ödəniş etmişik, bizim hələ də əmlak hüququmuz təmin edilməyib.
Mənzillərimizin çıxarış alması üçün müvafiq dövlət qurumuna müraciət edilmir ki, əmlakımız qeydiyyata alınsın”.