Şirkət rəhbəri 20 min cərimələndi Təhsil ekspertinə görə

03.03.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Bakıda məşhur təhsil ekspertinə görə "Tələbə Təhsil Mərkəzi"nin rəhbəri külli miqdarda cərimələnib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən "Tələbə Təhsil Mərkəzi”nin təsisçisi və direktoru Pərvin Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işçilərin işə cəlb edilməsi) ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmə zamanı məlum olub ki, mərkəzin cərimələnməsinə səbəb müxtəlif xəbər saytlarında və televiziya kanallarında təhsil eksperti kimi çıxış edən Rəvan Əliyevin sözügedən qurumda rəsmi əmək müqaviləsi olmadan fəaliyyət göstərməsi olub. O, "Tələbə Təhsil Mərkəzi”nin mütəxəssis eksperti kimi təqdim edilsə də, şirkətlə arasında əmək müqaviləsi bağlanmayıb.

Mərkəzin direktoru Pərvin Əliyev məhkəmədə bildirib ki, Rəvan Əliyev quruma rəsmi əməkdaş kimi deyil, dost kimi dəstək göstərib və bu səbəbdən əmək müqaviləsi bağlanmayıb.

Məhkəmənin qərarı ilə Pərvin Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə edilib.

Qərardan verilən apellyasiya şikayəti isə təmin olunub.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью