Şirkət rəhbəri marketdən yağ oğurladı Həbs olundu

29.01.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Gəncə şəhərində şirkət rəhbəri marketdən yağ oğurladığı üçün saxlanılıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, MMC-lərdən birinin direktor vəzifəsində işləyən Ə.H. marketdən oğurluq etdiyi üçün məsuliyyətə cəlb olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

Məlum olub ki, o, mağazadan ümumi dəyəri 75 manat olan 3 ədəd "Anhcor" markalı kərə yağını oğurlayıb.

Məhkəmənin ilkin hökmü ilə Ə.H. 10 gün həbs cəzasına məhkum edilib. Daha sonra o, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib və hökm dəyişdirilib: 10 günlük həbs cəzası 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri ilə əvəz olunub.

Şəxs dərhal həbsdən azad edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью