Şirkət rəhbərinə bəraət verilib

26.12.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Reyting.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona bəraət verilib

Xatırladaq ki, İsfəndiyar Axundovun "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırdığı iddia olunurdu. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət etmişdi.

O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyirdi.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək bəraət verib.(Report)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью