Şirkət rəhbərinin ölkədən çıxışı məhdudlaşdırıldı

26.09.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

“El-Sed Group” şirkətinin rəhbərinə “stop” qoyulub.

Ölkə.az valyuta.az-a istinadən xəbər verir ki, bununla bağlı Şirvan Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasov qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, “El-Sed Group” şirkətinin dövlət büdcəsinə borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. İdarə məhkəmədən borc ödənilədək şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib. “El-Sed Group” şirkəti 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Əsgərli Mircavid Mircavad oğludur.

Mircavad Əsgərli həm də “İntercom Supples LLC” şirkətinin qanuni təmsilçisidir. Bu şirkət 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. “El-Sed Group” şirkətinin hazırda 1531,51 manat vergi borcu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью