Şirkət sürücüsü iş başında öldü

09.10.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Qaradağda şirkətdə sürücü işləyən şəxs qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sahil qəsəbəsində  yerləşən özəl şirkətdə baş verib.

Belə ki, orada sürücü işləyən Bakı şəhər sakini, 60 yaşlı Fərmayıl Firuddin oğlu Vəliyev ürək çatışmazlığından ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью