Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göygöl rayonunun Qızılca kəndində yerləşən “Şirin Aqro” QSC hər il xarici bazarlara tonlarla meyvə ixrac edir. 220 hektar ərazidə salınmış intensiv meyvə bağında şaftalı, gilas və ərik yetişdirilir.
Fəaliyyətə yerli bazarlarda meyvə məhsullarını əhalidən alaraq xarici ölkələrə ixrac etməklə başlayan təsərrüfat fəaliyyətini genişləndirmək üçün 2020–2021-ci illərdə Göygöl, Qusar və Zəngilan rayonlarında intensiv meyvə bağları da salmağa başlayıb. İllik istehsal gücü 8 min ton meyvə olan təsərrüfatda bu gün 250 nəfər mövsümi, 28 nəfər isə daimi işlə təmin olunub.

Bu yaxınlarda isə müəssisəyə məxsus 3 hektar torpaq sahəsinin 1,5 hektarında soyuducu anbarın tikintisinə başlanılıb. Meyvələrin çeşidlənməsi, saxlanılması və qablaşdırılması bölmələrindən ibarət olacaq anbarda 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
© "Azərbaycan"