Şirkətlər “AccessBank”dan pullarını geri çəkir

14.07.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bu ilin ikinci yarısında “AccessBank” QSC-də hüquqi şəxslərə məxsus depozitlərin həcmi kəskin azalıb.

“Yeni Sabah” Plat.az-a istinadən xəbər verir ki, 2025-ci ilin sonunda hüquqi şəxslərin AccessBank-dakı depozitləri 239 milyon 194 min manat olub.

2026-cı il iyunun 30-na bu göstərici 190 milyon 615 min manata düşüb. Beləliklə, hüquqi şəxslərin bankdakı depozitləri altı ay ərzində 48 milyon 579 min manat və ya 20,3% azalıb. Toyuqlu pizza

Ötən ilin eyni dövrü ilə müqayisədə isə, hüquqi şəxslərin bankdakı depozitlərinin həcmi 18% azalıb.

Fiziki şəxslərin depozitlərində isə ciddi dəyişiklik qeydə alınmayıb. Bu göstərici 893 milyon 187 min manatdan 894 milyon 13 min manata yüksəlib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью