Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcək? VİDEO

24.10.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisiylə bağlı güzəştlərin müddəti başa çatır. Artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək. Belə ki təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.

Əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz tətbiq olunacaq.

Millət vəkili Vüqar Bayramov bildirir ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.

Derputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib -etməməsi şirkət rəhəbriliyinin verəcəyi qərardır.

Milli.Az Xəzər TV-yə istinadən daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью