Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Rus şirkətlərinin xarici ödənişlər üçün istifadə etdiyi kanallar 2026-cı ilə girərkən daha da mürəkkəbləşib.
Hüquqşünasların sözlərinə görə, xüsusilə MDB ölkələrindəki banklar üzərindən həyata keçirilən köçürmələr demək olar ki, “ping-ponq” prosesinə çevrilib. Bu səbəbdən marşrut Cənub-Şərqi Asiya ölkələrinə yönəldilib.
"Cebheinfo.az" xəbər verir ki, "Kommersant" nəşrinə danışan maliyyə hüququ üzrə ekspert Dmitriy Tixononok ödənişlərin tez-tez banklar arasında geri qaytarıldığını deyib. Əlavə sənəd tələbləri prosesi uzadır və ticarət zəncirlərinin pozulmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, Ermənistan son aylarda uyğunluq və nəzarət qaydalarını ciddi şəkildə sərtləşdirib. Bu isə Rusiya şirkətlərinin ödənişlərinin əvvəlcə qəbul edilib, daha sonra əlavə yoxlamalar əsas gətirilərək geri göndərilməsinə yol açır.
Şirkətlər eyni ödənişi müxtəlif banklar və ölkələr üzərindən dəfələrlə təkrar etməyə məcbur qalırlar. Hüquqşünaslar bu mənzərəni “bankçılıq ping-ponqu” adlandırırlar.
Bu şəraitdə Rusiyanın iş dünyası ödəniş zəncirlərini yenidən qurmağa başlayıb. Tək bir ölkə və ya banka bağlı qalmaq əvəzinə bir neçə alternativ marşrut yaradılır. Bəzi şirkətlər Orta Asiya və Cənub-Şərqi Asiya ölkələrinə yönəlir, İndoneziya isə son dövrlərdə xüsusi nümunə kimi ön plana çıxır.
Mütəxəssislər iddia edirlər ki, İndoneziyanın maliyyə infrastrukturu hələ tam istifadə olunmur, Rusiya şirkətləri üçün daha az problem yaradır və “yüksək potensial” daşıyır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin