Şirlər dənizçilər ə qarşı

03.05.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının 33-cü turunun ikinci oyun günündə daha iki matç baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə keçiriləcək.

"Şamaxı" autsayder "Səbail"i qonaq edir. Hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "şirlər"in elitada yerini qoruyacağı heç kimdə şübhə doğurmur. "Dənizçilər"in vəziyyəti isə fərqlidir. Paytaxt klubu I Lİqaya yuvarlanmağın biraddımlığındadır.

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

17:00. "Şamaxı" - "Səbail"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı. Şəhər stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью