Şirlər gözətçini parçaladı

18.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistanda özəl zooparkda üç şir gözətçini parçalayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, hadisə Daşkənd vilayətində “Lion Park” adlı zooparkda qeydə alınıb. 

Bildirilib ki, eyni yerdə saxlanılan üç şir qəfəsdən qaçaraq zooparkın həyətinə çıxıblar.

Bu zaman onlar zooparkın 44 yaşlı gözətçisinə hücum ediblər. Həmin şəxs aldığı yaralardan ölüb. 

Hadisə zamanı başqa xəsarət alan olmayıb, şirlər qəfəslərinə qaytarılıb. Zooparkda məsələ ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью