Şirlər kimyaçılar a qarşı

30.11.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

Günün ilk ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Sumqayıt"ı qonaq edəcək. Hazırda meydan sahiblərinin aktivində 14 xal var və 9-cu pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçisi olduğu "şirlər" bu qarşılaşmadan qalib ayrılacağı təqdirdə turnir cədvəlində 7-ci yerə yüksələ bilər. Qonaqlar isə səfərdən 3 xalla qayıdacağı halda mövqeyini dəyişməsə də, ilk "üçlüy"ə bir qədər də yaxınlaşacaq.

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XIII tur

14:00. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu, 14:00

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью