Şirlər kimyaçılar ı qonaq edir

09.02.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 22-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Günün ilk matçı Şamaxıda baş tutacaq. Bölgənin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. 

Bu komandalar arasında 1-ci dövrənin oyununda "Şamaxı" 1:0 hesablı qələbə qazanıb. 2-ci dövrədə isə "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə XXII tur

14:30. "Şamaxı" - "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Şamaxı. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью