Sirli “Erdştal“ keçidi: Orta əsr sakinləri qədim məzarlıqda nə gizlədirdilər?

03.02.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın Saksoniya-Anhalt federal əyalətində, Raynştedt kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı nadir orta əsr yeraltı tuneli aşkarlanıb.

"Arkeonews" jurnalı yazır ki, tunel təxminən 6 min il yaşı olan neolit dövrünə aid qəbir kompleksinin daxilindən qazılıb. Dornberq təpəsində aparılan tədqiqatlar ərazinin 4 min ildən artıq müddət ərzində müxtəlif rituallar üçün istifadə olunduğunu göstərib.

Araşdırmalar zamanı burada eramızın IV əsrinə aid trapezoid formalı xəndək, yaxşı qorunmamış neolit qəbirləri və ehtimal ki, mis dövrünə aid kurqan izi aşkarlanıb. Bu tarixi fonda, neolit xəndəyinin içərisində qazılmış son orta əsrlərə aid yeraltı tunel elmi ictimaiyyət üçün xüsusi maraq doğurur.

Tunel "erdştal" adlanan dar yeraltı keçidlər sisteminə aiddir. Bu tip tunellər sonuncu dəfə orta əsrlərdə istifadə olunub və Şimali Almaniyada nadir hallarda rast gəlinir. Tunelin hündürlüyü 1-1,25 metr, eni isə 50-70 santimetr təşkil edir və o, şimal-qərb istiqamətinə doğru maili şəkildə uzanır.

Tunelin giriş hissəsində qazılmış pilləkən mövcuddur. Bəzi sahələr uclu, "ikiqat damlı" tavanla örtülüb. Daxildə at nalı, son orta əsrlərə aid keramika fraqmentləri, tülkü skeleti, kiçik məməlilərə məxsus sümüklər və nazik kömür təbəqəsi aşkar edilib. Torpaq qatlarında yanma izlərinin olmaması odun yalnız qısamüddətli istifadə edildiyini göstərir. Giriş hissəsində toplanmış iri daşlar isə tunelin istifadəsi başa çatdıqdan sonra qəsdən torpaqla doldurulduğunu sübut edir.

Alimləri düşündürən əsas suallardan biri də orta əsr sakinlərinin yeraltı keçidi məhz qədim neolit abidəsinin üzərində inşa etmələrinin səbəbidir. Versiyalardan birinə görə, xəndək relyefdə aydın görünürdü və naviqasiya üçün işarə rolunu oynayırdı. Digər ehtimala əsasən isə, qəbirlərlə zəngin ərazi zamanla tərk edildiyi üçün burada gizli və gözəgörünməz sığınacaq yaratmaq mümkün olub. /Oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью