Sirli hadisələr: 11 alimlə bağlı araşdırma başlayır

21.04.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Konqresi ölkənin nüvə və kosmik tədqiqat proqramları ilə əlaqəli olan 11 alimin ölüm və itkin düşmə hallarını araşdıracaqş

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Nəzarət və İctimai İslahatlar Komitəsinin sədri Ceyms Komer yerli mediaya açıqlamasında bu alimlərlə bağlı rəsmi araşdırmaya başlayacaqlarını qeyd edib.

C. Komer vurğulayıb ki, sözügedən 11 alim nüvə və ya kosmik tədqiqat sahəsində mühüm rol oynayan şəxslərdir və onların ölüm və ya yoxa çıxma halları ayrıca araşdırılmalıdır.

Respublikaçı konqres üzvü bildirib ki, bu hadisə “milli təhlükəsizlik məsələsidir” və məsələ ilə bağlı Pentagon, ABŞ Energetika Departamentinin Federal Təhqiqat Bürosu və NASA qurumlarından brifinqlər tələb olunacaq.

Amerikalı rəsmilər bu hadisələr arasında birbaşa əlaqənin olub-olmadığını təsdiqləməsə də, bütün şəxslərin yüksək təhlükəsizlik icazələrinə malik olması diqqət çəkir.

ABŞ mediasında yer alan xəbərlərə görə, Federal Təhqiqat Bürosu ən azı 11 alimlə bağlı ölüm və itkin düşmə halları üzrə araşdırma başladıb.

Məlumatlara əsasən, son iki ildə 6 alim həyatını itirib, 5 alim isə itkin düşüb. Son iki ayda NASA-da çalışan astrofizik Karl Grillmairin ölümü və ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Villiam McCaslandın itkin düşməsi bu mövzunu yenidən gündəmə gətirib.

ABŞ Prezidenti Donald Tramp isə son açıqlamasında bu hadisələrin “təsadüfi” olmasını ümid etdiyini və administrasiyanın məsələni yaxından izlədiyini bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью