Sirli yer Şeytan qəbiristanlığı | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Şeytan qəbiristanlığı" adlı anomal yer Krasnoyarsk vilayətində, Karımışevo kəndi yaxınlığında yerləşən sirli bir ərazidir.
Tədqiqatçılar bu zonanın yaranmasını 1908-ci ildə düşən Tunqus meteoriti ilə əlaqələndirirlər, lakin ərazi ilə bağlı bütün suallar hələ də cavabsızdır.
Milli.AzRusiya mediasına istinadən xəbər verir ki, bu yer haqqında ilk məlumatlar 1920-ci illərə aiddir.
Şahidlərin dediyinə görə, bu "çılpaq" meşə sahəsində heyvanlar və insanlar izsiz yoxa çıxıb, yer isə daim yanırmış kimi istilik və tüstü verir.
Ərazi sümük və kəllələrlə örtülmüş vəziyyətdə olub. 1940-cı ildə bu yerin ilk elmi təsviri agronom Valentin Salyagin tərəfindən edilib.
Lakin İkinci Dünya Müharibəsi başladığı üçün araşdırmalar dayandırılıb.
Daha sonra 1980-ci illərdə bu zonaya maraq yenidən artıb və çoxsaylı tədqiqatçı və könüllü əraziyə baş çəkib.
Tam oxu
Xəbəri oxu