“Şirməmməd Hüseynov mükafatı”nın qalibi açıqlanıb

30.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Şirməmməd Hüseynov mükafatı”nın 2024-cü il üzrə qalibi Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor Rafael Hüseynov olub.

"Report" xəbər verir ki, bununla bağlı Mətbuat Şurasında mükafatın təqdimat mərasimi keçirilib.

R.Hüseynov ustad jurnalistin adını daşıyan mükafatın onun üçün böyük anlam daşıdığını, son dərəcə qiymətli olduğunu vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Şirməmməd Hüseynov mükafatı ilə bağlı prinsipal məqamlardan söz açıb, 14 namizəd arasından Rafael Hüseynovun seçildiyini diqqətə çatdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью