Şirniyyat mağazasında iyrənc görüntülər Vitrində siçovul gəzir

18.12.2025

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Türkiyədə şirniyyat mağazasında çəkilən görüntülər geniş müzakirələrə səbəb olub.

Medicina.az xəbər verir ki, İzmirdə Buca rayonunun Şirinyer məhəlləsindəki bir şirniyyat dükanının yanından keçən vətəndaşlar şirniyyatların olduğu şüşə vitrində siçovulun gəzdiyini görüblər. Vətəndaşlar şirniyyat qabları arasında sakitcə hərəkət edən siçanı mobil telefon kameraları ilə çəkərək paylaşıblar. Sosial mediada tez bir zamanda yayılan görüntülərə qarşı etirazlardan sonra binanın dezinfeksiya edildiyi iddia edilib.

Bildirilir ki, içərisindəki bütün bişmiş məhsullar və materiallar ehtiyat tədbiri olaraq zibil qutusuna atılıb və lazımi gigiyena tədbirləri görülüb.


Buca Bələdiyyəsi Polis İdarəsi qrupları yoxlama zamanı gigiyena qaydalarının pozulmasını aşkar edib və mağazaya ictimai sağlamlığa təhlükə yaratdığına görə qanuni tədbirlər görüb.

Bələdiyyə qrupları mağazanı möhürləyərək fəaliyyəti göstərməyi qadağan ediblər.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью