Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Şirniyyatlar, tortlar və qazlı içkilərin qaçılmaz olaraq kariyesə yol açdığına inan
Bununla belə, şirin qidaların özü dişləri məhv etmir. Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya ortodont Maryana Baraqunova məlumat veri
"Şəkər diş minasını birbaşa məhv etmir. Təhlükə yalnız dişlərin səthində və onların arasında şirin qalıqlar qaldıqda yaranır.
Bu mühitdə turşular ifraz edən bakteriyalar aktiv şəkildə çoxalmağa başlayır. Həmin turşular kariyesə səbəb olur", - mütəxəssis izah edib.
Həkimin sözlərinə görə, yapışqan teksturalı məhsullar xüsusi təhlükə yaradır: iris, karamel, marmelad, zefir və şokolad batonları.
Belə şirniyyatlar ağız boşluğunda uzun müddət qalır, minaya yapışır və təmizləmək çətin olan yerlərdə saatlarla qala bilir.
Şirin qazlı içkilərin də özlərində daşıdığı təhlükələr az deyil.
Həkim qeyd edib ki, limonadlarda və enerji içkilərində şəkər və turşunun birləşməsi minanın məhv olmasını gücləndirir.