Şirniyyat yeməyin TƏHLÜKƏLƏRİ | Icma.az
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynin fəaliyyətinə mənfi təsir göstərən əsas amillərdən biri şəkərin və yağlı qidaların həddindən artıq qəbulu, müsbət təsir göstərən amillərdən biri isə sadə sudur.
Redaktor.az xəbər verir ki, bu barədə lenta.ru-ya endokrinoloq, tibb elmləri doktoru Züxrə Pavlova məlumat danışıb.
Onun sözlərinə görə, hətta keyfiyyətli alkoqol - məsələn, quru qırmızı və ağ şərablar belə, beyinə mənfi təsir göstərir.
“Alkoqolun periferiyada müəyyən dərəcədə iltihabəleyhinə təsiri olsa da, beyin üçün bu həmişə mənfidir, çünki orada iltihabi reaksiya yaranır.
Eyni qaydada çoxlu miqdarda şirniyyat və yağlı qidalar da beyinə zərər vurur.
Xüsusilə qızardılmış və yanmış qabıqlı yeməklərdə yaranan qlikasiya məhsulları orqanizm üçün son dərəcə zərərlidir,” - deyə Pavlova bildirib.
Mütəxəssis əlavə edib ki, nitratlarla işlənmiş məhsullar - məsələn, hisə verilmiş və uzun müddət saxlanılan qidalar da beyin fəaliyyətinə mənfi təsir göstərir.
Tam oxu
Xəbəri oxu