Şirniyyat yeyib kökələnlər, bunu edin

08.12.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.

OXU24.COM  xəbər verir ki, bəziləri gün ərzində şirniyyat yemədən dayana bilmirlər. Bu bəzən xəstəlik də ola bilir. Bunun üçün şirniyyat həvəsinin nədən yarandığını öyrənmək üçün əvvəlcə həkimə müraciət etməyiniz məsləhətdir.

Əks halda şirniyyat yemək istədikcə, onu başqa kalorisi az olan qidalarla əvəzləməyə çalışın. Qida rasionunuza qara düyü, bulqur, kəpəkli makaronlar, yulaf və quru meyvələr daxil edin. Bunlar sizi tox saxlayacaq.

Əgər ürəyiniz çox şirniyyat istəyərsə, yağ faizi aşağı olan yoqurt yeyin.

Şokolad arzunuzu isə acı şokoladla əvəzləyə bilərsiniz. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью