Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mütəxəssislər pəhriz saxlayarkən güclü şirniyyat istəyi yaranan adamlara şəkərlə mübarizədə küncütdən istifadə etməyi tövsiyə edirlər.
Bunun üçün "küncüt südü" hazırlayın. İnqredientlər: - 100 qr küncüt - 1 x.q.
bal (məcburi deyil) - 1 l su Küncütü axşamdan suda isladın, səhər suyu süzün.
Küncütü təmiz su ilə yuyub blenderə tökün, üzərinə bir stəkan su və bal əlavə edib blenderdə qarışdırın.
Daha sonra qalan suyu tökün və yenidən qarışdırın, sonra mayeni yaxşı süzün. Küncüt südü hazırdır.
Küncüt südünü hər gün səhər yeməyindən əvvəl acqarına içmək lazımdır.
Bu reseptdən istifadə edənlər sübut edir ki, 1 həftədən sonra şirniyyatlara olan meyl xeyli azalacaq.