Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ərazisinə qarşı dərin zərbə (Deep Strike) taktikası 2025-ci ildə müharibənin əsas faktorlarından birinə çevrilib.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.
O, həmçinin bu zərbələr nəticəsində Rusiyaya dəyən zərərin miqyasını açıqlayıb:
“2025-ci il ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyada 719 hədəfə zərbə endirib. Bu hücumlardan dəyən ümumi birbaşa zərərin 15 milyard dollardan çox olduğu təxmin edilir”.