Sırski: Müharibədə müdafiə olunaraq qalib gəlmək mümkün deyil | Icma.az
Icma.az, Report.az saytına istinadən bildirir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski müharibəni müdafiə olunaraq qazan
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu yüksəkrütbəli hərbçi telemarafonda deyib.
Müsahibə zamanı Sırskidən müdafiədəki müharibə haqqında ifadəsi barədə soruşulduqda, o belə cavab verib: “Əlbəttə (müdafiədə müharibəni qazanmaq mümkün deyil – red.).
Nə qədər müdafiə olunsan, bir o qədər də geri çəkilməli olacaqsan.
Biz isə bütün cəbhə xətti boyunca müdafiə olunmağa və öz qüvvələrimizi saxlamağa məcburuq”, – o söyləyib.
Həmçinin Sırskidən, Rusiyanın üstünlüyü olduğu halda, Ukraynanın necə hərəkət etməli olduğu soruşulub.
Baş komandanın sözlərinə görə, Ukrayna məhz üstünlüyü olan sahələri inkişaf etdirməlidir.
“Biz üstünlüyümüz olan sahələri inkişaf etdirməliyik. Biz dünyada ilk olaraq Pilotsuz Sistemlər Qüvvələrini yaratdıq.
Tam oxu
Xəbəri oxu