Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Ukrayna üçün ədalətli sülh yalnız hərbi əməliyyatların dayandırılması və şərtsiz sazişin imzalanmasıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Sky News-a müsahibəsində deyib.
“Bizim üçün sadəcə ərazilərimizi Rusiyaya vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan niyə imtina etməliyik?
Biz məhz buna görə vuruşuruq ki, ərazilərimizi itirməyək,” – deyə o vurğulayıb.
Sırski bildirib ki, hazırda Ukrayna ordusunun əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü, xalqını və dövlətini qorumaqdır.
O qeyd edib ki, Donetsk və Luqansk vilayətlərinin Rusiyaya verilməsi ideyası onun üçün tamamilə qəbuledilməzdir.
“Bütün müharibələr bir gün başa çatır. Biz də ümid edirik ki, müharibəmiz tezliklə sonlanacaq. Amma o zaman sülh ədalətli olmalıdır.