Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Şirvan” – “Marafon" matçı təxirə salındı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan “Şirvan” – “Marafon” qarşılaşması təxirə salınıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.
Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.