Şirvan sakinindən odlu silah götürüldü

10.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 7 dəfə məhkum olunmuş Pünhan Tağıyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan 1 ədəd “Mauser” markalı odlu silah götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью