Şirvan şəhərində yaşayış binası təhlükəli vəziyyətdədir İDDİA

22.09.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şirvan şəhərində yaşayış binasının təhlükəli vəziyyətdə olması iddia edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, şəhərin S.Zeynalov küçəsi, 2 ünvanındakı binanın dayaq divarları yararsız haldadır və hər an uçma təhlükəsi ola bilər.

Şirvan şəhərində yaşayış binası təhlükəli vəziyyətdədir - İDDİA

Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, qeyd edilən məsələ ilə bağlı bina sakinləri tərəfindən Şəhər İcra Hakimiyyətinə və Mənzil Təsərrüfatı İdarəsinə hər hansı müraciət daxil olmayıb.

"Sosial şəbəkələrdə yayımlanan, Şirvan şəhəri, S.Zeynalov küçəsi, 2 ünvanındakı binanın vəziyyətini əks etdirən görüntülərlə bağlı Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvlərinin iştirakı ilə sözügedən əraziyə baxış keçirilib və məsələ nəzarətə götürülüb".

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən binaya FHN əməkdaşları tərəfindən baxış keçirilib, məsələ araşdırılır:

"İctimaiyyətə əlavə məlumat veriləcək".

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью