Şirvan şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi yenidən qurulur VİDEO | Icma.az
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı hazırda Şirvan şəhərində də su təchizatının və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.
Bu barədə "APA-Economics"ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, şəhərin küçə və prospektlərində müxtəlif diametrli istismar müddətini başa vurmuş su və kanalizasiya xətləri yeniləri ilə əvəz olunur.
Bunun üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdrəsi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də bir sıra işlər həyata keçirilib.
Belə ki, şəhərin küçə və prospektlərində qəzalı vəziyyətdə olan su xətləri təmir edilib və mövcud çatışmazlıqlar aradan qaldırılıb.
Şirvan şəhərində sayğaclaşdırma işləri aparılır. Köhnə xətlər yeniləri ilə əvəz olunur. Su itkisi demək olar ki 50 faiz aşağı endirilib.
Hazırda su itkiləri şəhər üzrə 27-30 faiz təşkil edir. Şirvan şəhərində su itkilərinin minimum endirilməsi hədəflənir.
Tam oxu
Xəbəri oxu