Şirvan suvarma kanalı yarıldı: su kənd ərazisinə axır

12.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

Publika.az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, hazırda su kəndə doğru axır. Əraziya Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью