Şirvanda 28 yaşlı usta hündürlükdən yıxılaraq ölüb

08.06.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şirvanda usta hündürlükdən yıxılaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib. Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılarkən yolada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью