Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı yük avtomobili ilə "Xəzər" markalı digər yük avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan digər şəxs ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.