Şirvanda ata və oğul kanalda boğuldu

02.08.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью