Şirvanda avtomobil aşdı, sürücü ağır yaralandı

18.07.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Şirvanda sürücünün ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

Belə ki, Salyan rayonunun Kürsəngi kənd sakini, Royal Zərbəliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Avtomobil daha sonra elektrik dirəyinə dəyərək aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью