Şirvanda avtomobilin vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib AZƏRTAC

22.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şirvan, 22 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası saat 14 radələrində Şirvan şəhərində qeydə alınıb. Salyan sakini D.Xankişiyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən 2020-ci il təvəllüdlü M.Süleymanlını vurub. Xəsarət alan azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib. Həkim nəzarətində olan uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью