Şirvanda avtoşluq edən sürücü həbs olundu

15.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Axar.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi VAZ markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Məmmədov saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Məmmədov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью