Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Mahir Aydınov küçəsində baş verib.
Şirvan sakini, 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.
Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasia şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.