Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

02.01.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuatm Xidmətindən APA-ya verilən məlumata görə, şəhərdə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 58 m² olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 5 m² sahədə, 2 paq.m mətbəx mebeli və 1 ədəd məişət avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью