Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın oldu

28.11.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Şirvan şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью