Şirvanda bir ailə ağır qəzaya düşdü

03.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb: Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Ayşən İlqar qızı Bəşirova, Şirvan sakini 2018-ci il təvəllüdlü B.G.Ə., Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Əli Sədaqət oğlu Bəşirli, Abşeron rayon sakini 1995-ci il təvəllüdlü Leyla İlqar qızı Bəşirli və adı açıqlanmayan bir nəfər. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью