Şirvanda dəhşətli qəza ölən və yaralanan var FOTOLAR

29.08.2026

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Şirvanda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən  xəbər verir ki, hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai” markalı yük avtomobili ilə "Xəzər” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan digər şəxs ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью