Şirvanda gənc oğlan bıçaqlandı YENİLƏNİB

10.07.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvanda gənc oğlanı bıçaqlayan saxlanılıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, hadisəni törədən 18 yaşlı Elcan Göyüşov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
11:04

Şirvan sakini bıçaqlanıb.

Lent.az APA-ya istinadla bildirir ki, şəhər sakini, 20 yaşlı Nəzərov Rasim Mehdi oğlu bir neçə bıçaq yarası ilə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью