Şirvanda gənc qadın dəm qazından boğularaq ölüb

07.12.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью