Şirvanda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb AZƏRTAC

01.01.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan, 1 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhər sakini Q. Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N. Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Q. Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib və həkimlərin nəzarətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью