Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şirvanda 45 yaşlı kişi boyun nahiyəsindən ağır xəsarət alıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaur Nəzərov İsbət oğlu boyun nahiyəsinin arterial damarının kəsilmiş yarası və çoxlu qan itkisi diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
O, dərhal əməliyyata götürülüb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.