Şirvanda kişi həmyerlisini bıçaqladı

01.01.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhər sakini Q. Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N. Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Q. Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, xəsarət alan şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib və həkimlərin nəzarətindədir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью