Şirvanda maşın evin hasarına çırpıldı, sürücü öldüFOTO

27.12.2024

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şirvanda baş verən qəzada sürücü ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Mahir Aydınov küçəsində baş verib.

Şirvan sakini, 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb.

Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью