Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Şirvanda baş vermiş qəza 4 nəfərin ağır yaralanması ilə nəticələnib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlü İsmayıl Səmədağa oğlu Həsənov, 2010-cu il təvəllüdlü Cəfərağa Coşqun oğlu Qurbanov, 2005-ci il təvəllüdlü Xəyyam Mansur oğlu Qurbanov və 2004-cü il təvəllüdlü Xəyal Mansur oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı elektrik və internet dirəyi aşıb, xətt qırılıb.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
Oxunub 102